...

Azərbaycanda aksiz markaları ilə markalanmalı olan mallar müəyyənləşdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2015 01:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları” təsdiq edilib
Azərbaycanda aksiz markaları ilə markalanmalı olan mallar müəyyənləşdirildi

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları" təsdiq edilib.

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanıb və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edir.

Qaydalara əsasən, içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallara (iaşə xidməti göstərilən obyektlərdə qablaşdırılmadan satılan mallar istisna olmaqla) aid edilib.

Xəbər lenti

Xəbər lenti