...

Azərbaycan türkiyəli sürücülər üçün multivizanın müddətini uzatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2015 17:55 (UTC +04:00)
Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb.
Azərbaycan türkiyəli sürücülər üçün multivizanın müddətini uzatdı

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb. Bunu Trend-ə ölkə hökumətindən deyiblər.

Öz növbəsində, Türkiyə Azərbaycandan avtobus və iritonnajlı avtomobillərin ölkə ərazisində mütəmadi qalma müddətini 30 gündən 90 günədək uzadıb.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev Trend-ə bildirib ki, iki ölkə arasında tranzit daşımalarının böyük həcmi nəzərə alınsa, bu, aktual qərardır: "Azərbaycanın iritonnajlı avotmobillərinin Türkiyədə uzun müddət qalması və geriyə qayıdarkən malların yüklənilməsi üçün imkanları olması məqsədilə Türkiyə qarşısında dəfələrlə bu məsələni qaldırmışıq. Hazırda bunu Türkiyədə az qalma müddətinə görə etmək problem yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti