...

Qeyri-həyat sığortası üzrə yığımların 1/4-ni avtomobillərin icbari sığortası təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2016 17:19 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 297,85 milyon manatı və ya 73,9%-i qeyri-həyat sığortasının payına düşüb. Bu barədə Trend Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına istinadən xəbər verir.

2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 2,3% böyüyüb. Qeyri-həyat sığortası üzrə yığımların 23,8%-i və ya 70,8 milyon manatı avtomobillərin icbari sığortasının, 21,3%-i və ya 63,4 milyon manatı tibbi sığortanın, 10,4%-i və ya 31 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9%-i və ya 26,4 milyon manatı kasko sığortasının, 8%-i və ya 24 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 27,6%-i və ya 82,25 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

11 ay ərzində sığorta ödənişlərinin 72,9%-ni və ya 114,8 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40,3%-i və ya 46,3 milyon manatı tibbi sığortanın, 26,3%-i və ya 30,1 milyon manatı avtomobillərin icbari sığortasının, 19%-i və ya 21,8 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya 16,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,5 manatı ödəniş edilib. 2014-cü ilin ilk 11 ayında isə bu rəqəm 40,1 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti