...

DSMF yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2016 12:31 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb.
DSMF yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF-nin ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köcürülməsi artıq başa çatdırılıb.

Yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti