...

Azərbaycan xaricə pul köçürmələrinə görə komissiya alacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 12:05 (UTC +04:00)
Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığımın tətbiq edilməsi planlaşdırılır.
Azərbaycan xaricə pul köçürmələrinə görə komissiya alacaq (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığımın tətbiq edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu, Milli Məclisdə baxılacaq "Valyuta tənzimlənməsi haqqında" qanuna dəyişikliklər layihəsində nəzərdə tutulub.

Dəyişiklilərə əsasən, bu, müalicə və təhsil xərcləri, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının icrası ilə bağlı xaricə pul köçürmələrinə şamil edilməyəcək.

20 faiz həcmində icbari yığım qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin alınması üçün birbaşa investisiya qismində çıxarılan valyutaya da aid ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti