Bakı. Azad Həsənli - Trend:
"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi "Bank of Azerbaijan" əmanətçilərinə şamil edilməyəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, lisenziyası geri alınan "Bank of Azerbaijan"ın əmanətçiləri üçün kompensasiya əmanətlərin yalnız sığorta olunan hissəsinə şamil ediləcək.