...

Ağsu rayonunun Qaradağ kəndinə yenidən təbii qaz verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 12:23 (UTC +04:00)
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 21-də Ağsu rayonunun Qaradağ kəndinə təbii qazın verilişi bərpa edilib.
Ağsu rayonunun Qaradağ kəndinə yenidən təbii qaz verildi

Bakı. Trend:

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 21-də Ağsu rayonunun Qaradağ kəndinə təbii qazın verilişi bərpa edilib. Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 85 abonenti olan Qaradağ kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 8328 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılib.

Tədbirdə çıxış edənlər kəndə yenidən təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti