Bakı. Azad Həsənli - Trend:
Cavid Quliyev "PAŞA Bank"da İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri təyin edilib. C.Quliyev daha əvvəl "Kapital Bank"ın Müşahidə Şurasının tərkibinə daxil olub.
"Kapital Bank"dan Trend-ə bildiriblər ki, onun yeni işə keçməsi ilə əlaqədar bu gün Müşahidə Şurasının üzvü vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda bankdan əlavə ediblər ki, C.Quliyevin mövqeyi hələ vakant qalır.
Yanvarın 21-də "Kapital Bank"ın baş ofisində səhmdarların ümumi yığıncağı keçirilib. Müşahidə Şurasının (MŞ) qərarı ilə C.Qurbanovun digər işə keçməsi ilə əlaqədar o, bankın MŞ-nin tərkibindən çıxarılıb.