Bakı. Trend:
2015-ci il ərzində müəssisə və təşkilatların sayı 6,1 faiz artaraq, 2016-cı il yanvarın 1-i vəziyyətinə 100 325 olub. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Artım əsasən iqtisadiyyatın "Turistlərin yerləşdirilməsi və ictimai iaşə", "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "İnformasiya və rabitə", "Peşə, elmi və texniki fəaliyyət", "Təhsil" sahələrində daha nəzərəçarpacaq dərəcədə olub.
2015-ci il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 95,0 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,8 faizi birgə mülkiyyətli), 0,9 faizi bələdiyyə mülkiyyətli, 4,1 faizi dövlət mülkiyyətli müəssisələrin payına düşür.