...

Azərbaycan avtomobil idxalını xeyli azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2016 17:38 (UTC +04:00)
2015-ci ildə Azərbaycana 26 785 avtonəqliyyat vasitəsi idxal olunub.
Azərbaycan avtomobil idxalını xeyli azaldıb

Bakı. Azad Həsənli - Trend:

2015-ci ildə Azərbaycana 26 785 avtonəqliyyat vasitəsi idxal olunub. 2014-cü il bu göstərici 63 368 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtomobil nəqliyyat vasitələrinin 23 765 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ildə bu göstərici 57 615 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1 961 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ildə 5 054 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti