Bakı. Ənvər Məmmədov - Trend:
Habil Məmmədov vergilər nazirinin yeni müşaviri təyin edilib.
Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Məmmədov büdcə proqnozlaşdırma məsələlərini kurasiya edəcək.
O, eyni zamanda nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi vəzifəsində çalışmağa davam edəcək.
Bununla da hazırda vergilər nazirinin müşavirlərinin sayı 11-ə çatıb: Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Ələkbər Məmmədov, Rəhim Əfəndiyev, Riyad Hüseynov, Namiq Quliyev, Müsavər Nəbiyev, Məhəmməd Sadıqov və Habil Məmmədov.