...

Silk Way West Airlines aviaşirkəti Azərbaycan və Yaponiya arasında birbaşa yükdaşıma reysi açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2016 11:47 (UTC +04:00)
Silk Way West Airlines aviaşirkəti Bakı və Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yükdaşıma reysi açıb.
Silk Way West Airlines aviaşirkəti Azərbaycan və Yaponiya arasında birbaşa yükdaşıma reysi açıb (FOTO)

Bakı. Trend:

Silk Way West Airlines aviaşirkəti Bakı və Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yükdaşıma reysi açıb.

Silk Way Airlines aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından Komatsu hava limanına birbaşa reys cari ilin 24 yanvar tarixində həyata keçirilmiş və təyyarənin göyərtəsində 34 ton kommersiya yükü daşınıb. Komatsu hava limanına təyyarənin gəlişindən dərhal sonra Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Gürsel İsmayılzadənin iştirakı ilə İşikava prefekturası tərəfindən təşkil olunan təntənəli mərasim keçirilib.

Silk Way West Airlines aviaşirkətinin bu marşrut üzrə müntəzəm uçuşları ən müasir yük təyyarələrinin biri - Boeing 747-8F Freighter ilə həftədə iki dəfə həyata keçiriləcək.

Silk Way West Airlines aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 Вoeing 747-8F və 2 Вoeing 747-400F təyyarəsi daxildir. 2016-cı ilin ikinci-üçüncü rübündə daha iki B747-8F təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 7-ə yüksələcək. İki yeni avialaynerin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.

Silk Way West Airlines aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit mərkəz kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti