...

Dövlət Azərbaycanda qablaşdırma materiallarının inkişafını dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 18:05 (UTC +04:00)
Hökumət Azərbaycanda qablaşdırma materiallarının istehsalının inkişafına əlavə dəstək göstərəcək.
Dövlət Azərbaycanda qablaşdırma materiallarının inkişafını dəstəkləyəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Hökumət Azərbaycanda qablaşdırma materiallarının istehsalının inkişafına əlavə dəstək göstərəcək. Bunu Trend-ə İqtisadiyyat Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, daha keyfiyyətli qablaşdırma materiallarının istehsalı üçün bu sahəyə xüsusi diqqət ayrılacaq: "Azərbaycanda yüksək keyfiyyətli qablaşdırma materialı istehsal edilməlidir ki, məhsul ixrac ediləndə korlanmasın, islanmasın, günəş altında əriməsin. Qablaşdırma məhsullarının buraxılması ilə məşğul olan müəssisəmiz var və onun keyfiyyətini artırmaq lazımdır. Bu məqsədlə müəssisələrə dövlət dəstəyi göstəriləcək. Müəssisələrə kreditlər veriləcək və onların məshulu yerli istehsalçılara təklif ediləcək".

Qurumdan deyiblər ki, bu, Azərbaycanın milli brendinin formalaşmasında vacib rol oynayacaq. Eyni zamanda yerli qablaşdırma materialı məhsulun maya dəyərində xarici komponentlərin payını azaltmağa imkan verəcək.

Nazirlikdən əlavə ediblər ki, Hökməli və Ramana qəsəbələrində yerləşən qablaşdırma materiallarının istehsalı üzrə iki müəssisəsinə dəstək üçün artıq ümumilikdə 6,2 milyon manat kredit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti