...

"Amrahbank"da əmanət yerləşdirmək daha sərfəli olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 11:03 (UTC +04:00)
"Amrahbank"da əmanət yerləşdirmək daha sərfəli olub.
"Amrahbank"da əmanət yerləşdirmək daha sərfəli olub

Bakı. Trend:

"Amrahbank"da əmanət yerləşdirmək daha sərfəli olub.

Bakndan Trend-ə verilən məlumata görə, yarandığı gündən fəaliyyətində keyfiyyətə və peşəkarlığa üstünlük verən "Amrahbank" böyük önəm verdiyi müştərilərinə daha bir sərfəli təklif edir.

Artıq "Amrahbank"da əmanət yerləşdirmək daha asan və sərfəli olub. Bank xarici valyuta ilə əmanət yerləşdirmək istəyən əmanətçilərinə sərfəli bir fürsət yaradır. Artıq müştərilər bankın istənilən filialına yaxınlaşıb manatla olan vəsaitini xarici valyutada əmanət kimi yerləşdirə bilərlər. Belə olan halda manatın xarici valyutaya konvertasiyası Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğunlaşdırılacaq.

"Amrahbank" fiziki şəxslərə aşağıdakı deposit növlərini təklif edir:

- Güvən əmanəti pullarını bir il və ya daha uzun müddət üçün Banka yerləşdirə biləcək müştərilərimiz üçün nəzərdə tutulub;

- Fleks əmanəti əlverişli faiz dərəcələri ilə bərabər, pullarınızdan istifadə də Sizlərə daha geniş imkanlar təqdim edir;

- Daxıl əmanəti müştərilərə əmanət hesablarına əlavə vəsait daxil etmək imkanı verir;

- Lider əmanəti müştərilərə illik 15%-ə qədər gəlir təklif edir, müddət və faiz seçimi də Sizin istəyinizdən asılıdır.

Bununla yanaşı, "Amrahbank" hüquqi şəxslərə də müxtəlif növ depozitlərdən faydalanmağa dəvət edir.

Qeyd etmək yerinə düşər ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərən Azərbaycanda yeganə ərəb investisiyalı bankdır. Belə ki, 2008-ci ildən Bəhreyn Beynəlxalq İnvestisiya Bankı "Amrahbank"da 49%-lik paya malikdir. Son illər ərzində bank həm depozit portfeli, həm aktivlər, həm də kapital tələbləri baxımından kifayət qədər inkişaf edib. Belə ki, 2014 cü illə müqayisədə depozit portfeli 45% artaraq 155 mln AZN, aktivlər 46.81% artaraq 304.1 mln AZN təşkil etmişdir. Bankın məcmu kapital 57.82 mln AZN təşkil edir. Bugünə olan göstəricilərə görə bankın aktiv müştərilərinin sayı 130 min nəfərdən çoxdur.

Qeyd etmək lazımdır ki, "Amrahbank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti