...

"Muğanbank"ın səhmləri yerləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 19:30 (UTC +04:00)
“Muğanbank” ASC-nin adi, sənədsiz, adlı səhmlərinin alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılacaq.
"Muğanbank"ın səhmləri yerləşdirilir

Bakı. Trend:

Fevralın 8-dən "Bakı Fond Birjası" QSC-də (BFB) "Muğanbank" ASC-nin adi, sənədsiz, adlı səhmlərinin alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılacaq.

Birjadan Trend-ə verilən məlumata görə, emissiyanın həcmi 5 milyon manat, qiymətli kağızın miqdarı 25 min ədəd, nominal dəyəri isə 200 manatdır.

Anderrayter qismində "Unicapital" ASC çıxış edir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti