...

"N.Nərimanov" adına NQÇİ-də yeni əvəzedici estakada tikilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 09:28 (UTC +04:00)
"Neftqaztikinti" Tresti tərəfindən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Damba və 34 saylı estakadayanı meydançanın arasında yeni əvəzedici estakada tikilərək istismara verilib.
"N.Nərimanov" adına NQÇİ-də yeni əvəzedici estakada tikilib

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyi əməyin mühafizəsinin gücləndirilməsi, yataqlarda hasilat quyularının səmərəliliyinin artırılması, mədənlərarası və meydançalararası əlaqələrin yaxşılaşdırılması məqsədi ilə yeni estakada və meydançaların tikintisinə böyük önəm verir. Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bu günlərdə "Neftqaztikinti" Tresti tərəfindən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Damba və 34 saylı estakadayanı meydançanın arasında yeni əvəzedici estakada tikilərək istismara verilib. Sahillə 34 saylı estakadayanı meydançanı birləşdirən 180 metr uzunluğundakı əvəzedici estakada eyni zamanda yük yanalma körpüsü rolunu oynayacaq. Bu baxımdan yeni əvəzedici estakada həm yük körpüsü ilə sahil arasında yol funksiyasını yerinə yetirəcək, həm də texnoloji xətlərə aid digər əlaqələri yaratmağa xidmət edəcək.

Əvəzedici estakadada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblərə uyğun şəkildə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti