...

Azərbaycanda yeni dövlət standartları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 10:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üç yeni standart təsdiq edib.
Azərbaycanda yeni dövlət standartları təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üç yeni standart təsdiq edib.

Trend-in məlumatına görə, Komitə sədri Ramiz Həsənovun qərarına əsasən, "Yol nəqliyyat vasitələri. Keçiricilik qabiliyyətiylə və qarşılıqlı təsirə səbəb olan elektrik maneələri. Hissə 3. Enerji təchizatını təmin etməyən xətlər üzrə tutumlu və induktiv əlaqə yolu ilə keçid rejimində elektrik enerjisinin ötürülməsi", "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının arxa nömrə nişanlarının işıqlandırılması üçün qurğuların rəsmi təsdiqinə dair vahid göstərişlər" və "Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər" ilə bağlı dövlət standartları təsdiq edilib.

Qərara əsasən, yeni standartlarla bağlı Komitənin müvafiq şöbələrinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti