...

Natiq Əliyev Berlində Avropada enerji transformasiyasının təşkili mövzusunda konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2016 23:54 (UTC +04:00)
Azərbaycanın energetika naziri Natiq Əliyev 19 fevral 2016-ci il tarixində Almaniyanın paytaxtı Berlində “Avropada enerji transformasiyasının yenidən təşkili: rəqabətli, təhlükəsiz, innovativ” adlı konfransda iştirak edib
Natiq Əliyev Berlində Avropada enerji transformasiyasının təşkili mövzusunda konfransda iştirak edib

Bakı. Trend:

Azərbaycanın energetika naziri Natiq Əliyev 19 fevral 2016-ci il tarixində Almaniyanın paytaxtı Berlində "Avropada enerji transformasiyasının yenidən təşkili: rəqabətli, təhlükəsiz, innovativ" adlı konfransda iştirak edib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Qünter Öttinqer, Almaniyanın Federal Kansler Aparatının rəhbəri, xüsusi tapşırıqlar üzrə nazir Peter Altmayer, Almaniyanın federal ətraf mühit və təbiətin qorunması naziri Barbara Hendriks, Almaniya Bundestaqının deputatları, dünyanın böyük enerji şirkətlərinin rəhbər şəxsləri, Almaniyanın nüfuzlu sənaye birliklərinin və assosiasiyaların rəhbərləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Tədbiri Almaniyanın hakim Xristian-Demokratlar Birliyi partiyasının İqtisadiyyat Şurası (Wirtschaftsrat der CDU) təşkil edib.

Natiq Əliyev konfrans çərçivəsində "Rəqabətli Avropa üçün enerji infrastrukturunun transformasiyası" mövzusunda dəyirmi masada iştirak edib və nitq söyləyib. Nazir çıxışında Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, "Cənub" qaz dəhlizi layihəsi üzrə görülən işlər və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Energetika naziri Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə ikitərəfli görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti