...

Nazir: Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri ilə də müraciət edə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 13:05 (UTC +04:00)
Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri vasitəsilə də müraciət edə biləcəklər.
Nazir: Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri ilə də müraciət edə biləcəklər

Bakı. Azad Həsənli - Trend

Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri vasitəsilə də müraciət edə biləcəklər. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2016-cı il fevralın 1-ə Azərbaycanda 105,5 min nəfər ünvanlı sosial yardım alır: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzlərində 15,94 müraciət var. Bununla əlaqədar nazirlikdə 6 səyyar qrup yaradılıb və onlar rayonlara ezam edilib ki, bütün bu müraciətlərə ayın sonunadək baxılsın".

S.Müslümov əlavə edib ki, əvvəllər ailənin orta aylıq gəlirlərinin yarısından çoxu bankda kredit borcunun ödənilməsinə ayrılırdısa, bu ailəyə ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi: "İndi isə bu məhdudiyyətlər götürülüb. Bundan başqa, əgər əvvəllər ailənin üzvü ödənişli təhsil müəssisələrində oxuyurdusa və 12 ay ərzində ailə onun təhsilinə minimum əmək haqqını 10 dəfə üstələyən məbləğ ödəyirdisə, bu ailəyə də ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi. Bu məhdudiyyətlər də bir şərtlə ləğv edilib. Şərtə əsasən, bu ailənin gəlirləri ünvanlı dövlət sosial yardımının hesablanması zamanı nəzərə alınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti