...

Hesablama Palatası 2016-cı il dövlət büdcəsinin faktiki kəsirini proqnozdan aşağı səviyyədə gözləyir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 15:21 (UTC +04:00)
2016-cı il dövlət büdcəsinin faktiki kəsiri potensialdan maksimum istifadə etmək, vergi və gömrük inzibatçılığının keyfiyyətini yüksəltmək və s. mümkün olsa, proqnozlaşdırılan həcmdən az ola bilər.
Hesablama Palatası 2016-cı il dövlət büdcəsinin faktiki kəsirini proqnozdan aşağı səviyyədə gözləyir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:36-da yayılıb)

Bakı. Azad Həsənli - Trend:

2016-cı ilin dövlət büdcəsinin faktiki kəsiri potensialdan maksimum istifadə etmək, vergi və gömrük inzibatçılığının keyfiyyətini yüksəltmək və s. mümkün olsa, proqnozlaşdırılan həcmdən az ola bilər.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2016-cı ilin yenilənmiş dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Yenilənmiş proqnozlara əsasən, dövlət büdcəsinin kəsiri 1,673 milyard manat səviyyəsində gözlənilir.

Onun sözlərinə görə, dövlət büdcəsini daha şəffaf və məqsədyönlü icra etmək lazımdır: "Yekunda dövlət büdcəsinin xərclərinin səmərəliliyini təmin etmək lazımdır ki, bu da ÜDM-in artımının və iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti