...

Elman Rüstəmov: Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 10:28 (UTC +04:00)
Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur.
Elman Rüstəmov: Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur

Bakı. Elçin Mehdiyev-Trend:

Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda 3-cü devalvasiyanın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, neftin qiymətləri aşağı səviyyədə də olsa müəyyən bir stabillikdədir: "Bu yaxınlarda dövlət büdcəsi təsdiq olundu və dövlət büdcəsində realistik neft qiymətləri qoyuldu. Ona uyğun olaraq Neft Fondundan transferlərin həcmi müəyyənləşdi. Bütövlükdə ölkəyə gələn idxalın optimallaşmasını hiss edirik. Artıq ilk gömrük statistikası var, yanvar və fevral aylarına diqqətlə baxacağıq. Biz görürük ki, bütövlükdə ölkənin xarici ticarət balansı da stabilləşməyə doğru gedir. Bu bizə imkan verir ki, bütövlükdə valyuta bazarında stabillik yaradaq və manatın üzən diapazonda dayanıqlı məzənnəsini tapaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti