...

Atbulaq – Nəvai mənzilində 10,5 kilometr dəmir yolu əsasli təmir olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 08:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verildi. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, 9 mart 2016-cı ildə Atbulaq - Nəvai mənzilində 10, 5 km yolun əsaslı təmirinə başlanılır. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 68 km dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti

Xəbər lenti