Bakı. Fərhad Daneşvər - Trend:
İlkin qiymətləndirmələrə görə, İran və Azərbaycanın Sumqayıt şəhərindəki əczaçılıq zavodunun tikintisinə ilkin mərhələdə 35 milyon avro sərmayə qoyacağı planlaşdırılır. Bunu Trend-ə İranın səhiyyə nazirinin müavini, Dərman və Ərzaq məsələləri Administrasiyasının rəisi Rəsul Dinarvənd deyib.
Onun sözlərinə görə, zavodda ürək-damar, infeksiya və qeyri-infeksiya xəstəliklərinin müalicəsi üçün preparatlar, ağrıkəsici vasitələr daxil olmaqla, bir sıra adda dərmanların istehsalı planlaşdırılır.
R.Dinarvənd əczaçılıq layihəsinin təfərrüatlarını müzakirə etmək üçün Bakıda səfərdədir: "İnvestisiyalar barədə razılaşma əldə olunub, layihə yaxın vaxtlarda işə salınacaq".