Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda devalvasiyanın fəsadlarının aradan qaldırılması üzrə təkliflər hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin plenar iclasında deyib.
Onun sözlərinə görə, müvafiq sənəd mütəxəssislərin iştirakı ilə hazırlanır.
Ə.Məsimli qeyd edib ki, sənəddə Milli Məclisin plenar iclaslarında və komitə iclaslarında irəli sürülmüş təkliflər yer alacaq.