...

Azərbaycan Bakı-Türkmənbaşı-Bakı xəttində tarifləri aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2016 12:47 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ölkəmizin ərazisindən keçən tranzit nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, bu dəhlizlərə əlavə yük axınının cəlb olunması, çevik və şəffaf tarif siyasətinin gerçəkləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görür.
Azərbaycan Bakı-Türkmənbaşı-Bakı xəttində tarifləri aşağı salıb

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyi ölkəmizin ərazisindən keçən tranzit nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, bu dəhlizlərə əlavə yük axınının cəlb olunması, çevik və şəffaf tarif siyasətinin gerçəkləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görür.

Həmin tədbirlərin davamı olaraq, martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20% endirim tətbiq edilir.

Belə ki, 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1072 ABŞ dolları həcmindədir. Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2144 ABŞ dolları deyil, 1716 ABŞ dolları olacaqdır. Bu məbləğə sürücünün öz bileti də daxildir.

Tarif, ABŞ dolları ilə

bir tərəfə

iki tərəfə

Qoşqulu yük avtomobili (16,5 metr uzunluqda TİR), 1 nəfər sürücü daxil olmaqla

1072

1716

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib (proporsional) qaydada hesablanacaqdır.

Xatırladırıq ki, bir neçə ay əvvəl, ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20%-ə qədər endirim tətbiq edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti