...

Xarici valyutada olan istehlak kreditlərinin restrukturizasiyası müvəqqəti qadağan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2016 12:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasının qərarı ilə aprelin 5-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb.
Xarici valyutada olan istehlak kreditlərinin restrukturizasiyası müvəqqəti qadağan edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasının qərarı ilə aprelin 5-dən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb.

Bu barədə Trend-ə Palatadan verilən məlumatda bildirilir.

Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir.

Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti