...

Bakıda 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2016 13:30 (UTC +04:00)
Bakı şəhəri 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammitinə ev sahibliyi edəcək.
Bakıda 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhəri 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammitinə ev sahibliyi edəcək.

Trend xəbər verir ki, 2-ci Avropa İttifaqı-Azərbaycan Biznes Sammiti bu il mayın 18-də Bakıda ADA Universitetinin binasında keçiriləcək.

Tədbirdə Avropa və Azərbaycan müəssisələri Azərbaycanda biznes imkanlarının araşdırılması və işgüzar tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədilə bir araya gələcək.

Rəsmi açılış mərasimindən sonra Azərbaycan iqtisadiyyatının dörd perspektivli sahəsi üzrə panel danışıqları təşkil olunacaq:

1) Kənd təsərrüfatı və qida sektorunda imkanlar
2) Nəqliyyat və logistika sahəsində imkanlar
3) Turizm sektorunda imkanlar
4) Azərbaycanda biznes imkanları

Müvafiq dövlət qurumları, yerli və beynəlxalq müəssisələri və mütəxəssisləri, dövlət və şirkət nümayəndələri müzakirə aparmaq və iştirakçılara müvafiq məlumatlar təqdim etmək məqsədilə Biznes Sammitdə iştirak etməyə dəvət olunurlar.

Bu tədbir Sizə öz şirkətiniz haqqında məlumat vermək və biznesinizi təşviq etmək üçün imkanlar yaradır. Panel müzakirələrindən sonra Avropa İttifaqı və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələrlə tanış olmaq, işgüzar şəbəkənizi güclü tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti