...

BVF Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 09:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri Filip Bartolomey ilə görüş keçirilib.
BVF Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır

Bakı. Trend:

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri Filip Bartolomey ilə görüş keçirilib.

Palatadan Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ölkəmizlə BVF arasında uzunmüddətli münasibətlərin daima yüksək həddə olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

R.Aslanlı geosiyasi tendensiyalar və makroiqtisadi risklər fonunda ölkədə maliyyə sabitliyinin və dayanıqlılığının təmin olunması istiqamətində atılan addımlar barəsində məlumat verib.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri Filip Bartolomey son zamanlar maliyyə sektorunda dayanıqlığın təmin olunması və bazarda qətiyyətli maliyyə mövqeyinin qorunub saxlanmasında nailiyyətlər əldə ediləcəyinə əminliyini ifadə edib.

Missiya rəhbəri əməkdaşlıq çərçivəsində BVF tərəfindən Palataya texniki yardım göstərməkdə və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Sonda maliyyə sabitliyinin qorunması tədbirləri üzrə atılacaq addımlar və bu çərçivədə Maliyyə Bazarlarına Nəzarət Palatasının BVF ilə gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti