Bakı. Trend:
"Unibank"ın istiqrazlarının tədavül müddəti uzadılıb.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, "Unibank" KB ASC-nin İdarə Heyətinin 4 aprel 2016-cı il tarixli qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılıb.
Bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin "B" bölməsinin 1.4, 1.12 və 1.13-cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilib və həmin dəyişikliklər Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınıb.