...

Azneft-də gənc mütəxəssislər üçün seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 13:56 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyində “Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı” çərçivəsində növbəti seminar keçirilib.
Azneft-də gənc mütəxəssislər üçün seminar keçirilib

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyində "Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı" çərçivəsində növbəti seminar keçirilib.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Hazırda ölkədə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmış, bunun üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.

Qeyd olunub ki, cari ilin əvvəlindən start götürmüş Proqram silsilə seminarlar vasitəsilə həyata keçirilir və İstehsalat Birliyində çalışan gənc mütəxəssislərə müasir idarəetmə üsullarını öyrətməklə yanaşı, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərir. "Azneft" İB-də savadlı, mütəşəkkil iş keyfiyyətlərinə, müasir potensiala malik gənclərin irəli çəkilməsi daim diqqət mərkəzindədir. Gənclərə potensial imkanlarını realizə edə bilmələri üçün imkanlar yaradılır.

Seminarda "Azərbaycanın quru-dəniz sahələri üzrə axtarış-kəşfiyyat işlərinin istiqamətləri", "Quyularda izolə işləri" və "Quyularda qəzaların ləğv edilməsi üçün işlənmiş yeni texnika, texnologiyalar və perspektiv istiqamətlər" mövzularında mühazirələr dinlənilbi.

Sonda gənc mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılmış, geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti