...

Bakının daha bir küçəsi tam yeni görkəmdə (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 17:56 (UTC +04:00)
Bakının Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.
Bakının daha bir küçəsi tam yeni görkəmdə (FOTO/VİDEO)

Bakı. Trend:

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Əziz Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 m-dir. Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranmış qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə mane olurdu. Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə küçənin 10 min kv.m sahəsi 2 qat olmaqla asfatlanıb.

Bundan başqa, aparılmış işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min p/m yeni səki daşı düzülüb.

Əziz Nəzərov küçəsi bu gündən etibarən tam yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti