...

Nazir: Hüquq-mühafizə orqanları ABB-yə 400 milyon manat kreditin qaytarılmasına kömək etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 17:16 (UTC +04:00)
Hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankına (ABB) təqribən 400 milyon manat məbləğində problemli kreditin qaytarılmasına kömək etdi.
Nazir: Hüquq-mühafizə orqanları ABB-yə 400 milyon manat kreditin qaytarılmasına kömək etdi

Bakı. Azad Həsənli - Trend:

Hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankına (ABB) təqribən 400 milyon manat məbləğində problemli kreditin qaytarılmasına kömək etdi. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov "Amerikanın səsi"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, problemli kreditlərin qaytarılması üçün xüsusi tədbirlər görülür: "Bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir. Çünki bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə (hüquq-mühafizə orqanlarının iştirakı - red.) nəticəsində təxminən 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub".

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə gəlincə, nazir bildirib ki, bu proses bankın sağlamlaşdırılmasından sonra başlayacaq: "Bu işlər müəyyən vaxt aparacaq. Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə, bankın özəlləşdirməyə açıq olması mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti