Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:45-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan gənclərin məşğulluğu probleminin həlli üzrə MDB ölkələri arasında liderdir.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Poqramı"nın hazırlanmasına həsr olunmuş konfransda deyib.
Nazirin sözlərinə görə, Azərbaycan MDB-də yeganə dövlətdir ki, gənclərin məşğulluq problemlərinin həlli üzrə BƏT tərəfindən dünyada 10 lider ölkə sırasına daxil edilib.
S.Müslümov BƏT-in Azərbaycanda gənclərin məşğulluğu sahəsində problemlərin həlli üzrə apardığı tədbirlərin vacibliyini qeyd edib: "Qeyd etmək lazımdır ki, BƏT "MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" layihəsi çərçivəsində ölkədə çox işlər görüb. Azərbaycan BƏT-in keçirdiyi MBD-də gənclərin məşğulluğu sahəsində ən yaxşı iş təcrübələri üzrə müsabiqədə də birinci yeri tutub".