...

Azərbaycanda iqtisadi islahatların istiqamətləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 12:04 (UTC +04:00)
Azərbaycanda iqtisadi islahatlar artıq qeyri-neft sektorunun hesabına ölkənin əvvəlki rifahının bərpa edilməsinə istiqamətlənib.
Azərbaycanda iqtisadi islahatların istiqamətləri açıqlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda iqtisadi islahatlar artıq qeyri-neft sektorunun hesabına ölkənin əvvəlki rifahının bərpa edilməsinə istiqamətlənib.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.

Onun sözlərinə görə, iqtisadi islahatlar, əsasən, dörd istiqaməti əhatə edir:

"Birincisi, biz ölkədə dayanıqlı makroiqtisadi mühitin yaradılması üzərində işləyirik. Bu gün manatın məzənnəsi kimi inflyasiya da tənzimlənən iqtisadi çərçivələrdədir. İkincisi, biz biznesin tranzaksiya xərclərinin azalmasını təmin edə biləcək iqtisadi mühitin formalaşdırılması üzərində işləyirik. Bu tədbirlər hökumət tərəfindən fəal dəstəklənir".

R.Aslanlı qeyd edib ki, üçüncü istiqamət sərmayə və maliyyə xidmətlərinə geniş girişin təmin edilməsidir: "Dördüncü istiqamət isə çevik və səmərəli hüquqi islahatların formalaşdırılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti