...

Samuxda qaz təchizatında məhdudiyyət olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2016 11:38 (UTC +04:00)
Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Samuxda qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, iyulun 4-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasibəyli” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli və Əlibəyli kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti