Bakı. Trend:
Cari ilin iyun ayında ölkə enerji sistemində 1,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə “Azərenerji” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.
Bildirilir ki, cari ilin ötən 6 ayı ərzində isə 10,8 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.