Bakı. Trend:
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi inşa olunur.
Bu barədə Trend-ə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilir ki, keçidin uzunluğu 31 metr, eni isə 2,7 metrdir. Metal konstruksiyadan inşa olunan yerüstü piyada keçidinin üstü açıq olacaq.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması işləri çərçivəsində ümumilikdə 9 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılıb.
Bundan başqa, 19 ədəd yeraltı keçidin olması da nəzərdə tutulub.
Artıq həmin yeraltı keçidlərdən 13-ü tam hazır vəziyyətdədir.
Keçidlərin eni 4 və 6 metr olmaqla hündürlükləri müvafiq olaraq 2.5 və 4.5 metrdir.