...

Azərbaycan jurnalistləri "Coca-Cola" zavodu ilə tanış oldular (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2016 15:32 (UTC +04:00)
“Azerbaijan Coca-Cola Bottlers” şirkəti Azərbaycan Milli Mətbuatının 141 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna infotur təşkil edib.
Azərbaycan jurnalistləri "Coca-Cola" zavodu ilə tanış oldular (FOTO)

Bakı. Trend:

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti Azərbaycan Milli Mətbuatının 141 illiyi münasibətilə KİV nümayəndələri üçün sərinləşdirici içki istehsalı zavoduna infotur təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, infoturda iştirak edən jurnalistlər məhsulların və zavodda istehsal proseslərinin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun necə təmin olunması ilə yaxından tanış olulbar. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin aparıcı mütəxəssisləri tərəfindən “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”, “Fuse Tea” və “Burn” kimi yüksək keyfiyyətli məhsulların istehsalı prosesində suyun təmizlənməsi, içkilərin hazırlanması, qablaşdırılması və çatdırılması haqda KİV nümayəndələrinə ətraflı məlumat verilib.

Jurnalistlər qarşısında çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel “Coca-Cola”nın Azərbaycandakı fəaliyyəti haqqında danışıb və qeyd edib ki, “Coca-Cola” Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Azərbaycanda fəaliyyətinə 1994-cü ildə Türkiyədə yerləşən “Coca-Cola İçecek” şirkəti tərəfindən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin təsis edilməsi ilə fəaliyyətə başlamış və bu günədək ölkə iqtisadiyyatına davamlı olaraq öz töhfəsini verməkdədir. “Bugünədək “Coca-Cola” şirkəti Azərbaycan iqtisadiyyatına 200 mln. ABŞ dollarına yaxın investisiya yatırıb, dövlət büdcəsinə isə 366 mln. manat həcmində vəsait köçürüb”.

Öz növbəsində zavodun direktoru Rəna Məmmədova qeyd edib ki, ötən il ərzində zavodda sayca altıncı olan müasir istehsal xətti istifadəyə verilib və bu məqsədlə 18 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. R.Məmmədovanın sözlərinə görə, şirkət fəaliyyəti müddətində hər zaman məhsulların keyfiyyəti və təhlükəsizliyində ən yüksək standartları uğurla təmin edir. Eyni zamanda, şirkət istehsal prosesində ekoloji tələblərə tam riayət etməklə yanaşı ən son texnologiyaları tətbiq edir. Cari ildə “Coca-Cola”nın Azərbaycandakı zavodunda texniki suların təmizlənməsi üçün yeni qurğu istifadəyə verilib ki, bunun da nəticəsində istehsaldan sonra təbiətə qaytarılan suyun da tam təhlükəsizliyi təmin edilir.

Qeyd edək ki, infotur çərçivəsində jurnalistlərə üzərində müxtəlif emosiyalar əks olunmuş yeni dəmir qablaşdırmada “Coca-Cola” hədiyyə olunub.

“Azerbaijan Coca-Cola Bottlers” yerli şirkət olaraq öz istehsalını və satışını həyata keçirir. Şirkət birbaşa və dolayısı ilə 2200-dən artıq insanı işlə təmin edir, bütün ölkəni əhatə edən satış və yayım şəbəkəsi vasitəsilə 18 500 satış nöqtəsində xidmət göstərir. “Coca-Cola” hazırda Azərbaycan istehlakçılarına 9 ticarət nişanlı yüksək keyfiyyətli məhsullar təqdim etməkdədir. Bunlar “Coca-Cola”, “Coca-Cola Zero”, “Coca-Cola Light”, “Sprite”, “Fanta”, “Fuse Tea”, “Cappy”, “Bonaqua” və “Burn” məhsullarıdır.

“Coca-Cola” şirkəti özünün qlobal inkişaf siyasətinin prioritetləri olan fərdi, iqtisadi və ekoloji firavanlığın təmin edilməsi üzrə Azərbaycanda bir sıra uzunmüddətli proqramlar həyata keçirir.

Fəal və sağlam həyat tərzinin təşviqinə yönələn proqramlar vasitəsilə Azərbaycanda 300 mindən artıq insan müntəzəm fiziki məşqlərə cəlb edilib. “Coca-Cola” şirkətinin iqtisadi dəstək təşəbbüslərindən isə 2 mindən artıq gələcəyin biznes liderləri olmaq istəyən gənc faydalanıb. Bu proqramların uğuru nəticəsində gənclər üçün 4 biznes mərkəzi qurulmuş, 8 yeni sahibkarlıq obyekti fəaliyyətə başlamış və 100-dən artıq gənc işlə təmin edilib. Ölkənin ekoloji inkişafına dəstək olmaq məqsədilə “Coca-Cola” şirkəti Bakı və onun ətrafında 2020-ci ilədək 100 min ağac əkilməsi üçün irimiqyaslı ekoloji proqram həyata keçirməkdədir. Hər il Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Coca-Cola” şirkətinin əməkdaşları, onların ailə üzvləri, dostları və tərəfdaşları çoxsaylı könüllülərdən ibarət ekoloji hərəkat təşkil edərək Xəzər dənizinin sahilyanı zolağını təmizləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti