...

PAŞA Sığorta “Sağlamlıq Üçün Addımla” müsabiqəsinə start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 16:27 (UTC +04:00)
PAŞA Sığorta şirkəti sosial fəaliyyətinin davamı olaraq “Sağlamlıq Üçün Addımla” adlı yeni sosial xarakterli müsabiqəyə start verir.
PAŞA Sığorta “Sağlamlıq Üçün Addımla” müsabiqəsinə start verir

Bakı. Trend:

PAŞA Sığorta şirkəti sosial fəaliyyətinin davamı olaraq “Sağlamlıq Üçün Addımla!” adlı yeni sosial xarakterli müsabiqəyə start verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd insanların fəal və sağlam həyat tərzinə cəlb olunmasıdır. Müsabiqə avqust ayının 8-dən başlayaraq sentyabr ayının 4-nə kimi davam edəcək və PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsində keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ilk öncə addımları ölçən (“Apple Health”, “Fun Fit” və bu kimi) müvafiq mobil tətbiqi (mobil əlavəni) telefonlarına yükləməlidirlər. Daha sonra, müsabiqə iştirakçıları mobil tətbiqə (mobil əlavəyə) daxil olub, qeydə alınmış gündəlik xülasənin ekran görüntüsünü yadda saxlayaraq (screenshot) şirkətin rəsmi Facebook səhifəsində yerləşdirilmiş “Sağlamlıq Üçün Addımla!” başlıqlı paylaşımın şərhlər bölümündə öz nəticələrini paylaşmalıdırlar. Müsabiqə müddətində hər bir iştirakçı nəticəsini istənilən qədər paylaşa bilər. 4 həftə davam edəcək müsabiqədə hər həftə ən yüksək nəticə göstərmiş 3 şəxs müsabiqənin qalibi elan olunacaq və PAŞA Sığorta şirkəti tətəfindən “Amburan” istirahət mərkəzinə 2 nəfərlik HƏDİYYƏ kuponu əldə edəcəkdir.

PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsi: https://www.facebook.com/pasha.insurance/
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti