Bakı. Azad Həsənli - Trend:
Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 8-dək azalıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirin əmri ilə Məhəmməd Sadıkov müşavir vəzifəsindən azad edilib.
Hazırda F.Məmmədovun müşavirlərinin sayı 8-dir: Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov.