...

“Meqa Sığorta” ASC-nin növbəti yeni filialı açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2016 15:36 (UTC +04:00)
“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Quba şəhərində yeni - “Şimal” filialının açılışını həyata keçirib.
“Meqa Sığorta” ASC-nin növbəti yeni filialı açıldı

Bakı. Trend:

“Meqa Sığorta” ASC regionlarda fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Quba şəhərində yeni - “Şimal” filialının açılışını həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, ölkənin şimal rayonlarını əhatə edən filial, xüsusilə Quba, Qusar, Xaçmaz və Xudat şəhərləri üzrə fiziki və hüquqi şəxslərə “Meqa Sığorta” ASC-nin bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. Açılmış yeni filial şimal regionu üzrə müştəri xidmətləri keyfiyyətinin daha da artırılması və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərəcək.

Hal-hazırda “Meqa Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Astara, Şəmkir, Şamaxı, Şəki, Zaqatala, Xaçmaz, Xudat, Ağsu və Şirvan şəhərlərində geniş filial və nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Qeyd edək ki, Meqa Sığorta ASC fəaliyyətə 2010-cu ildə başlayıb. Şirkət müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti