...

AZPROMO: Dubay məhsullarımızın ixracında qovşaq ola bilər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2016 12:25 (UTC +04:00)
Dubay Azərbaycan məhsullarının regionun digər ölkələrinə ixracı üçün qovşaq ola bilər.
AZPROMO: Dubay məhsullarımızın ixracında qovşaq ola bilər (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dubay Azərbaycan məhsullarının regionun digər ölkələrinə ixracı üçün qovşaq ola bilər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib: "Made in Azerbaijan" brendinin inkişafı üzrə mexanizmlər çərçivəsində Dubaya ixrac missiyasını təşkil etməyi planlaşdırırıq. Əsas məqsəd məhsullarımızı Dubaya, Dubay vasitəsilə isə regionun digər ölkələrinə ixrac etməkdir".

R.Məmmədov qeyd edib ki, ərəb şirkətləri Azərbaycan məhsullarına, əsasən aqrar və qida müəssisələrinin məhsullarına, xüsusilə meyvə şirələrinə maraq göstərirlər: "Bu marağı nəzərə alaraq, biz həmçinin gələn il regionun ən iri sərgilərindən biri olan "Gulf Food" sərgisində "Made in Azerbaijan" brendi altında ölkə stendi qoymağı planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti