...

VTB Bank: Borc götürənlərin 60 faizi çətinliklərlə qarşılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2016 12:38 (UTC +04:00)
Rusiyanın VTB Bank-ı Azərbaycanın bank sisteminin əlavə kapitallaşdırılması üzrə tədbirləri zəruri addım hesab edir.
VTB Bank: Borc götürənlərin 60 faizi çətinliklərlə qarşılaşıb

Bakı, Maksim Tsurkov - Trend:

Rusiyanın VTB Bank-ı Azərbaycanın bank sisteminin əlavə kapitallaşdırılması üzrə tədbirləri zəruri addım hesab edir. Trend-in məlumatına görə, bunu VTB Bankın (Azərbaycan) Müşahidə Şurasının sədri Mixail Oseyevski deyib.

Onun sözlərinə görə, Azərbaycanın bank sisteminin üzləşdiyi problemlər VTB Bank-dan da yan keçməyib.

M.Oseyevski deyib: “Digər banklar kimi, biz də manatın məzənnəsinin zəifləməsi ilə əlaqədar problemlə üzləşdik. Bankların aktivlərinin böyük hissəsi - 80 faizi dollarda olduğu üçün milli valyutanın zəifləməsi nəticəsində borc götürənlərin 60 faizə yaxını öz öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə qarşılaşıblar”.

M.Oseevskinin fikrincə, banklar mümkün itkilər qarşısında zəruri ehtiyatların formalaşdırılması üçün əlavə kapitala ehtiyac duyurlar.

Onun sözlərinə görə, VTB Bankın (Azərbaycan) məcmu kapitalı 50 milyon manatdan çoxdur və bütün tələblərə cavab verir.

M.Oseevski əlavə edib ki, 2017-ci ilin sonunadək səhmlərin əlavə emissiyasını həyata keçirmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti