...

Pakistan Azərbaycanı Çin "dəhlizi"nə çağırır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2016 14:47 (UTC +04:00)
Pakistan Azərbaycan şirkətlərini Pakistan və Çin arasında yaradılan iqtisadi dəhlizdə iştirak etməyə çağırır.
Pakistan Azərbaycanı Çin "dəhlizi"nə çağırır (YENİLƏNİB)

İlk xəbər 13:04-də yayımlanıb

Bakı. - Trend:

Pakistan Azərbaycan şirkətlərini Pakistan və Çin arasında yaradılan iqtisadi dəhlizdə iştirak etməyə çağırır.

Trend-in məlumatına görə, bu təkliflə Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı Pakistanın federal ticarət naziri Xürrəm Dastgir Xan çıxış edib.

Nazir deyib ki, Pakistan və Çin arasında 46 milyard dollar dəyərində iqtisadi dəhliz yaradılır:

"Biz Azərbaycan şirkətlərini bu layihədə iştirak etməyə və layihənin imkanlarından yararlanmağa çağırırıq”.

Onun sözlərinə görə, 2015-ci ilin aprelində icra olunmağa başlamış layihə yeni infrastruktur şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

“Bu, limanların, qaz terminallarını tikintisi, iki ölkə arasında uzunluğu üç min kilometrə çatan dəmir yol magistrallarının və boru kəmərlərinin salınmasından ibarət bir layihədir. Hesab edirik ki, Azərbaycan şirkətləri bu sahədə iştirak edə bilər”.

Bu dəhliz Pakistanın ən iri limanı Qvadarı Sintzsyan-Uyğur regionu ilə birləşdirəcək və Çinə Hind okeanına çıxış imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti