...

Elman Rüstəmov: Mərkəzi Bank 2017-ci ildə sərt pul siyasətini davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2016 16:18 (UTC +04:00)
2017-ci ildə Azərbaycan Mərkəzi Bankı sərt pul siyasətini davam etdirəcək.
Elman Rüstəmov: Mərkəzi Bank  2017-ci ildə sərt pul siyasətini davam etdirəcək

Bakı. Azad Həsənli - Trend:

2017-ci ildə Azərbaycan Mərkəzi Bankı sərt pul siyasətini davam etdirəcək.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib: “Manatın üzən məzənnə rejiminə keçidi ilə əlaqədar biz pul kütləsinin targetləməsinə keçmişik. Bunun üçün 2017-ci ildə sərt pul siyasətini davam etdirəcəyik. Bizim əsas hədəfimiz əlavə pul emissiyasına yol verməmək, məzənnəyə təzyiq yaratmamaq və bu yolla inflyasiyanın qarşısını almaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti