...

Azərbaycan neftinin qiyməti 57 dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2016 11:22 (UTC +04:00)
Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 57,14 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiyməti 57 dolları keçib

Bakı. Maksim Turskov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 57,14 dollar/barel təşkil edib ki, bu da dekabrın 19-na olan göstəricidən 0,95 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 56,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 20-də 52,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 20-də 55,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti