...

Sığorta şirkətində İdarə Heyətinin sədri istefa verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2017 13:33 (UTC +04:00)
“Gunay Insurance” ASC sığorta şirkətinin İdarə Heyətinin sədri öz vəzifəsini tərk edib.
Sığorta şirkətində İdarə Heyətinin sədri istefa verdi

Bakı. Ənvər Məmmədov - Trend:

“Gunay Insurance” ASC sığorta şirkətinin İdarə Heyətinin sədri Qənbər Suvanverdiyev öz vəzifəsini tərk edib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumata görə, Q.Suvanverdiyev vəzifədən öz istəyi ilə ayrılıb. Onun başqa sahədə fəaliyyətini davam etdirmək niyyətində olduğu bildirilib.

Hazırda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini Kənan Əsgərov icra edir.

Xəbər lenti

Xəbər lenti