Bakı. Trend:
FINCA Mikromaliyyə Holdinqinin Baş İcraçı Direktoru Andrée Simon 15-17 fevralda Azərbaycanda səfərdə olacaq.
Şirkətdən Trend-ə verilən məlumata görə, səfər müddətində o,“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş ofisi və bir neçə filialını ziyarət edəcək. Onun həmçinin, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq və regional maliyyə qurumları, eləcə də digər tərəfdaş təşkilatlarla işgüzar görüşlər keçirməsi də planlaşdırılır.
“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə təşkilatıdır və o, FINCA qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir.
Aparıcı və sosial baxımdan məsuliyyətli investisiya tərəfdaşları ilə birlikdə, FINCA maliyyə davamlılığına və sosial yonümlü icraya ikiqat fokuslanmaqla, 21 ölkədə 1.6 milyondan çox az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təssisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir.
Təşkilat barədə əlavə məlumat üçün www.finca.az və ya www.finca.org vebsaytına daxil olun.