...

Azərbaycan, Qazaxıstan, Gürcüstan "Transxəzər nəqliyyat dəhlizi" çərçivəsində protokol imzaladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2017 13:23 (UTC +04:00)
Bu gün Bakıda “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclasının protokolunun imzalanma mərasimi baş tutub.
Azərbaycan, Qazaxıstan, Gürcüstan "Transxəzər nəqliyyat dəhlizi" çərçivəsində protokol imzaladı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclasının protokolunun imzalanma mərasimi baş tutub.

Trend-in məlumatına görə, protokolu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze, Aktau Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Abay Turikpenbayev, Batumi dəniz limanının rəhbəri Murat Cumadillayev imzalayıblar.

İclasın protokoluna əsasən, tərəflər “Transxəzər nəqliyyat dəhlizi” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə üzvlük barədə əsasnaməni, nəqliyyat dəhlizinin inkişafı üzrə işçi qrupunun tərkibi və əsasnaməsini, 2017-ci il üçün tədbirlər planınə və digər məsələləri təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti