...

Azərbaycan Prezidenti: İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2017 15:44 (UTC +04:00)
İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir.
Azərbaycan Prezidenti: İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir

Bakı. Trend:

"Bu ilin üç ayında Azərbaycanın ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Bu da bizim siyasətimizin təzahürüdür".

Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Dövlətimizin başçısı qeyd edib: “Biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu”.

Azərbaycan Prezidenti vurğulayıb ki, idxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir: "Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir".

İlin birinci rübündə 85 min yeni iş yerinin yaradıldığını qeyd edən dövlət başçısı onlardan 70 mininin daimi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev əlavə edib ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti